15 iyul 2026. Çərşənbə

Didye Deşam dünya çempionatları tarixinin rekordçusu oldu


Didye Deşam dünya çempionatları tarixinin rekordçusu oldu

Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı il dünya çempionatının yarımfinalında İspaniyaya qarşı keçirilən oyunda yeni tarixi rekorda imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, belə ki, bu qarşılaşma fransalı mütəxəssis üçün dünya çempionatlarında baş məşqçi kimi 26-cı oyun olub. Bununla da Deşam bu göstəricidə Almaniya millisinin sabiq baş məşqçisi Helmut Şönü geridə qoyaraq mundiallar tarixində ən çox oyunda komandasına rəhbərlik edən çalışdırıcı adına sahib çıxıb.

İspaniya millisi turnirin 1/4 final mərhələsində Belçikanı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlmişdi. Fransa isə Mərakeş üzərində 2:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə vəsiqə əldə etmişdi.

2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin həlledici görüşü ABŞ-nin İst-Raterford şəhərində baş tutacaq.

Hazırkı dünya çempionu Argentina millisidir.







Dünya çempionatı

Kilian Mbappe Uqo Lyorisin rekordunu geridə qoydu
  • Dünya çempionatı
  • 23:35 14.07.2026
Kilian Mbappe Uqo Lyorisin rekordunu geridə qoydu
"Yamal hər oyunda üç qol vurmalı deyil"
  • Dünya çempionatı
  • 23:56 13.07.2026
"Yamal hər oyunda üç qol vurmalı deyil"
Lionel Messi mundialda yeni rekorda imza atdı
  • Dünya çempionatı
  • 23:13 13.07.2026
Lionel Messi mundialda yeni rekorda imza atdı