15 iyul 2026. Çərşənbə

DÇ-2026-nın bağlanış mərasimində dünya ulduzları səhnə alacaq


DÇ-2026-nın bağlanış mərasimində dünya ulduzları səhnə alacaq

FİFA 2026-cı il dünya çempionatının bağlanış mərasimi ilə bağlı təfərrüatları açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, tədbir iyulun 19-da keçiriləcək və final qarşılaşmasının start fitindən 90 dəqiqə əvvəl başlayacaq. Final oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bağlanış mərasimində Laura Pausini, Nikol Şerzinger, Robbi Uilyams, Ay Şou Spid və Tom Kruz iştirak edəcəklər.

"Emmi", "Qremmi" və "Oskar" mükafatlarının laureatı Cennifer Hadson isə dünya çempionatının finalı ərəfəsində ABŞ dövlət himnini xüsusi versiyada səsləndirəcək.

2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin final qarşılaşması iyulun 19-da ABŞ-nin İst-Raterford şəhərində baş tutacaq.

Hazırkı dünya çempionu Argentina millisidir. Komanda 2022-ci il mundialının finalında Fransa yığması ilə əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatan oyundan sonra penaltilər seriyasında 4:2 hesablı qələbə qazanaraq çempion olub.

 







Dünya çempionatı

Kilian Mbappe Uqo Lyorisin rekordunu geridə qoydu
  • Dünya çempionatı
  • 23:35 14.07.2026
Kilian Mbappe Uqo Lyorisin rekordunu geridə qoydu
"Yamal hər oyunda üç qol vurmalı deyil"
  • Dünya çempionatı
  • 23:56 13.07.2026
"Yamal hər oyunda üç qol vurmalı deyil"
Lionel Messi mundialda yeni rekorda imza atdı
  • Dünya çempionatı
  • 23:13 13.07.2026
Lionel Messi mundialda yeni rekorda imza atdı