15 iyul 2026. Çərşənbə

"İngiltərə Messi ilə bağlı bu məqamdan yararlanmalıdır"


"İngiltərə Messi ilə bağlı bu məqamdan yararlanmalıdır"

"Liverpul"un sabiq müdafiəçisi Ceymi Karrager İngiltərə millisini dünya çempionatının yarımfinalında Argentina ilə oyunda Lionel Messinin müdafiədə zəif tərəflərindən istifadə etməyə çağırıb.

90deqiqe.Az-ın məlumatına görə, onun fikrincə, ingilislər təkcə rəqib komandanın liderini zərərsizləşdirməklə kifayətlənməməli, həm də Messinin müdafiə oyununda demək olar ki, iştirak etməməsindən maksimum yararlanmalıdırlar.

"Rəqib topa sahib olanda Messi sadəcə meydanda gəzir. İngiltərə bundan istifadə etməlidir. Əslində Argentina müdafiədə doqquz meydan oyunçusu ilə çıxış edir", – deyə Karrager bildirib.

İngiltərə ilə Argentina arasında yarımfinal görüşü iyulun 15-də keçiriləcək.

39 yaşlı Lionel Messi 2026-cı il dünya çempionatında keçirdiyi altı oyunda səkkiz qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.







Dünya çempionatı

Kilian Mbappe Uqo Lyorisin rekordunu geridə qoydu
  • Dünya çempionatı
  • 23:35 14.07.2026
Kilian Mbappe Uqo Lyorisin rekordunu geridə qoydu
"Yamal hər oyunda üç qol vurmalı deyil"
  • Dünya çempionatı
  • 23:56 13.07.2026
"Yamal hər oyunda üç qol vurmalı deyil"
Lionel Messi mundialda yeni rekorda imza atdı
  • Dünya çempionatı
  • 23:13 13.07.2026
Lionel Messi mundialda yeni rekorda imza atdı