- Dünya çempionatı
- 01:01 15.07.2026
2026-cı il futbol üzrə dünya çempionatının yarımfinal mərhələsində Fransa və İspaniya milliləri arasında keçirilən qarşılaşma başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Amerika Birləşmiş Ştatlarının Arlinqton şəhərində yerləşən stadionda oynanılan görüş İspaniya millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanı Salvadorun Santa Ana şəhərindən olan baş hakim İvan Barton idarə edib.
Oyunda hesab 22-ci dəqiqədə açılıb. Mikel Oyarzabal təyin olunan onbir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək İspaniya millisini önə çıxarıb.
Fransa millisində 29-cu dəqiqədə məcburi dəyişiklik edilib. Zədələnən Vilyam Salibanın əvəzinə meydana Maksans Lakrua daxil olub.
İspaniya millisinin ikinci qolunu isə 58-ci dəqiqədə Pedro Porro vuraraq komandasının üstünlüyünü möhkəmləndirib.
Beləliklə, İspaniya millisi dünya çempionatının finalına yüksəlib. Komanda həlledici görüşdə Argentina – İngiltərə yarımfinal cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək Amerika Birləşmiş Ştatları, Kanada və Meksikada keçirilir. Final qarşılaşması Amerika Birləşmiş Ştatlarının İst-Raterford şəhərində baş tutacaq. Turnirin son qalibi Argentina millisidir.