30 avqust 2026. Bazar günü

Kollina Deşamın hakimlə bağlı tənqidlərinə cavab verdi


Kollina Deşamın hakimlə bağlı tənqidlərinə cavab verdi

FİFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kolina Fransa millisinin baş məşqçisi Didye Deşamın səsləndirdiyi fikirlərə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, Deşam 2026-cı il dünya çempionatının yarımfinalında İspaniyaya məğlubiyyətdən sonra görüşün baş hakimi, Salvador təmsilçisi İvan Bartonun idarəçiliyini kəskin tənqid etmişdi. Fransa millisinin çalışdırıcısı hakimin belə vacib qarşılaşmanı idarə edəcək səviyyədə olub-olmadığını sual altına almışdı.

Kolina isə bu iddialara qəti cavab verib:

"Deşamın hakimin yarımfinal oyununu idarə etmək üçün kifayət qədər səviyyəyə malik olmadığı barədə səsləndirdiyi fikirlərə cavab olaraq Beynəlxalq Futbol Federasiyasının mövqeyi aydındır: Bəli, o, buna tam uyğun idi."

Fransa millisi üçüncü yer uğrunda görüşdə Argentina - İngiltərə cütünün məğlubu ilə qarşılaşacaq.







Dünya çempionatı

UEFA İnfantinoya qarşı namizəd hazırlayır
  • Dünya çempionatı
  • 23:09 27.08.2026
UEFA İnfantinoya qarşı namizəd hazırlayır
“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”