16 iyul 2026. Cümə axşamı

"Finala vəsiqə qazanmaq üçün hazırıq"


"Finala vəsiqə qazanmaq üçün hazırıq"

İngiltərə millisinin mərkəz yarımmüdafiəçisi Deklan Rays 2026-cı il dünya çempionatının yarımfinalında Argentina yığmasına qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki,  Rays rəqibi yaxşı təhlil etdiklərini və oyuna tam hazır olduqlarını bildirib.

"Əsas məsələ matç boyu möhkəm iradə nümayiş etdirmək və oyuna düzgün köklənməkdir. Argentina millisinin gücünü yaxşı bilirik. Onların oyunlarını izləmişik. Öz planımız var və finala vəsiqə uğrunda mübarizəyə tam hazırıq", - deyə futbolçu bildirib.

Qeyd edək ki,qarşılaşma iyulun 15-də ABŞ-nin Atlanta şəhərində baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 06:00-da başlayacaq. Dünya çempionatının ilk finalçısı İspaniya millisi olub. İspanlar yarımfinalda Fransa yığmasını 2:0 hesabı ilə məğlub edərək həlledici görüşə yüksəlib.







Dünya çempionatı

"Finala vəsiqə qazanmaq üçün hazırıq"
  • Dünya çempionatı
  • 23:42 15.07.2026
"Finala vəsiqə qazanmaq üçün hazırıq"
Lamin Yamalın evinə oğurluğa cəhd edilib
  • Dünya çempionatı
  • 15:25 15.07.2026
Lamin Yamalın evinə oğurluğa cəhd edilib
Kilian Mbappe Uqo Lyorisin rekordunu geridə qoydu
  • Dünya çempionatı
  • 23:35 14.07.2026
Kilian Mbappe Uqo Lyorisin rekordunu geridə qoydu