16 iyul 2026. Cümə axşamı

Lamin Yamalın evinə oğurluğa cəhd edilib


Lamin Yamalın evinə oğurluğa cəhd edilib

İspaniya millisinin və "Barselona"nın futbolçusu Lamin Yamalın evinə oğurluğa cəhd edildiyi iddia olunur.

90deqiqe.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, hadisə İspaniya yığmasının dünya çempionatının yarımfinalında Fransaya 2:0 hesabı ilə qalib gəldiyi oyundan bir neçə saat sonra baş verib.

Bildirilir ki, iki maskalı şəxs Barselonada yerləşən evə daxil olmağa çalışıb. Lakin təhlükəsizlik əməkdaşları onları müşahidə kameraları vasitəsilə vaxtında aşkarlayıb və hadisə yerinə polis çağırılıb. Şübhəlilər məqsədlərinə çata bilmədən ərazidən uzaqlaşıblar.

Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, İspaniya millisi dünya çempionatının finalında İngiltərə – Argentina cütünün qalibi ilə üz-üzə gələcək.







Dünya çempionatı

"Finala vəsiqə qazanmaq üçün hazırıq"
  • Dünya çempionatı
  • 23:42 15.07.2026
"Finala vəsiqə qazanmaq üçün hazırıq"
Lamin Yamalın evinə oğurluğa cəhd edilib
  • Dünya çempionatı
  • 15:25 15.07.2026
Lamin Yamalın evinə oğurluğa cəhd edilib