14 avqust 2026. Cümə

İngiltərəni son dəqiqə qolu ilə məğlub edən Argentina finalda


İngiltərəni son dəqiqə qolu ilə məğlub edən Argentina finalda

2026-cı il futbol üzrə dünya çempionatının yarımfinal mərhələsində İngiltərə və Argentina yığmaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, ABŞ-ın Atlanta şəhərində yerləşən “Mersedes-Bents” stadionunda keçirilən qarşılaşmanı ABŞ-dan olan baş hakim İsmail Əlfatın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Gərgin mübarizə şəraitində keçən görüşdə Argentina millisi İngiltərə yığmasını 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Matçda hesabı 55-ci dəqiqədə İngiltərə millisinin hücumçusu Entoni Qordon açıb. Argentina yığmasının yarımmüdafiəçisi Enzo Fernandes 85-ci dəqiqədə hesabı bərabərləşdirib. Görüşün əsas vaxtına əlavə olunmuş 92-ci dəqiqədə isə argentinalı hücumçu Lautaro Martines komandasının ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib - 2:1.

Qeyd edək ki, turnirin əvvəlki mərhələsində İngiltərə millisi Norveçi 2:1 hesabı ilə məğlub edib. Argentina yığması isə İsveçrə seçməsindən 3:1 hesabı ilə üstün olub.

Daha əvvəl keçirilən digər yarımfinal qarşılaşmasında İspaniya millisi Fransa yığmasını 2:0 hesabı ilə məğlub edib.

2026-cı il dünya çempionatının final görüşü iyulun 19-da keçiriləcək.







Dünya çempionatı