- Dünya çempionatı
- 01:12 16.07.2026
İngiltərə millisinin hücumçusu Harri Keyn milli komandanın heyətində 121-ci oyununa çıxıb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu 2026-cı il dünya çempionatının yarımfinal mərhələsində Argentina yığmasına qarşı keçirilən qarşılaşmada meydana daxil olmaqla bu göstəriciyə nail olub. ABŞ-ın Atlanta şəhərində yerləşən “Mersedes-Bents” stadionunda baş tutan görüşü ABŞ-dan olan baş hakim İsmail Əlfat idarə edib.
Beləliklə, Harri Keyn İngiltərə millisində ən çox oyun keçirən futbolçular siyahısında ikinci pilləyə yüksəlib. Bu göstəricidə lider sabiq qapıçı Piter Şiltondur. O, milli komandanın heyətində 125 qarşılaşmada iştirak edib.
Qeyd edək ki, Argentina yığması İngiltərə üzərində çətin qələbə qazanaraq finalda İspaniyaya rəqib olub. Yarımfinalda məğlub olan komanda isə bürünc medallar uğrunda mübarizə aparacaq. Hər iki qarşılaşmanın iyulun 19-da keçirilməsi nəzərdə tutulur.