30 avqust 2026. Bazar günü

İngiltərə Futbol Assosiasiyası Tomas Tuxellə bağlı qərarını verdi


İngiltərə Futbol Assosiasiyası Tomas Tuxellə bağlı qərarını verdi

İngiltərə Futbol Assosiasiyası (FA) milli komandanın baş məşqçisi Tomas Tuxellə əməkdaşlığı davam etdirmək niyyətindədir.

90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Bildirilib ki, İngiltərə millisinin dünya çempionatının yarımfinalında Argentinaya 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq, almaniyalı mütəxəssislə yolların ayrılması gündəmdə deyil. FA rəhbərliyi Tuxelə etimadını qoruyur və onun komandanın baş məşqçisi kimi fəaliyyətini davam etdirməsini planlaşdırır.

Qeyd edək ki, Tomas Tuxel İngiltərə millisinə rəhbərlik etdiyi müddətdə 21 rəsmi oyunda komandanı meydana çıxarıb. Bu qarşılaşmalarda yığma 16 qələbə qazanıb, iki dəfə heç-heçə edib və üç dəfə məğlub olub.







Dünya çempionatı

UEFA İnfantinoya qarşı namizəd hazırlayır
  • Dünya çempionatı
  • 23:09 27.08.2026
UEFA İnfantinoya qarşı namizəd hazırlayır
“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”