11 avqust 2026. Çərşənbə axşamı

"Özümə görə böyük məyusluq hiss edirəm"


"Özümə görə böyük məyusluq hiss edirəm"

Fransa millisinin cinah müdafiəçisi Luka Din 2026-cı il dünya çempionatının yarımfinalında İspaniyaya məğlubiyyətdən sonra emosiyalarını bölüşüb.

90deqiqe.Az xəbər verir ki, futbolçu sosial şəbəkə hesabında paylaşdığı açıqlamada özünü günahkar hiss etdiyini gizlətməyib.

"Özümə görə böyük məyusluq hiss edirəm. Komandama, göstərdiyimiz bütün səylərə və bu möhtəşəm kollektivə görə də çox üzülürəm. Bizi tribunadan dəstəkləməyə gələn, eləcə də Fransada və dünyanın müxtəlif ölkələrində bizə azarkeşlik edən hər kəs haqqında düşünürəm. Bütün bu yol boyu dəstəyiniz bizə güc verdi", – deyə Lüka Din bildirib.

Qeyd edək ki, fransızlar həlledici görüşdə İspaniya millisinə 0:2 hesabı ilə uduzublar. İspanların ilk qolu Lüka Dinin Lamin Yamalı cərimə meydançasında qayda pozuntusu ilə saxlamasından sonra təyin edilən onbir metrlik cərimə zərbəsindən vurulub.

Didye Deşamın rəhbərlik etdiyi Fransa millisi dünya çempionatının bürünc medalları uğrunda keçiriləcək görüşdə İngiltərə millisi ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 19-na keçən gecə baş tutacaq.

 







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər