11 avqust 2026. Çərşənbə axşamı

"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"


"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"

İspaniya millisinin kapitanı Rodri dünya çempionatının finalı öncəsi komandasının hədəfinə inamını qoruyur.

90deqiqe.Az-ın “Marca”ya istinadən məlumatına görə, yarımmüdafiəçi turnir boyu komanda yoldaşlarına eyni fikri təkrarlayıb:

"Mən buraya dünya çempionu olmaq üçün gəlmişəm".

Fransa millisini yarımfinalda 2:0 hesabı ilə məğlub edən İspaniya tarixində ikinci dəfə dünya çempionatının finalına yüksəlib və hazırda ikinci çempionluğunu qazanmağa bir addım uzaqlığındadır.

Bildirilib ki, final oyununun yaxınlaşmasına baxmayaraq, İspaniya millisinin düşərgəsində sakitlik hökm sürür. Futbolçular qarşıya qoyulan məqsədə hələ çatmadıqlarını bildirir və bütün diqqətlərini Argentina ilə keçiriləcək həlledici qarşılaşmaya yönəldiblər.

Rodri daha əvvəl verdiyi açıqlamada dünya çempionluğuna aparan yolun asan olmayacağını vurğulayıb.

"Əgər kimsə dünya çempionu olacağımızı əziyyət çəkmədən düşünürsə, yanılır. Burada dünyanın ən güclü milliləri mübarizə aparır. Lakin komandamız belə bir turnirdə qalib gəlmək üçün lazım olan yetkinliyi nümayiş etdirib", – deyə İspaniya millisinin kapitanı bildirib.

Qeyd edək ki, dünya çempionatının finalında İspaniya və Argentina milliləri iyulun 19-da İst-Raterford şəhərində yerləşən "Metlayf" stadionunda üz-üzə gələcəklər.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər