- Dünya çempionatı
- 23:37 16.07.2026
Latın Amerikasının məşhur müğənnisi Şakira 2026-cı il dünya çempionatının yarımfinalında İngiltərə millisi ilə qarşılaşmadan sonra Argentina millisinin kapitanı Lionel Messinin çıxışını yüksək qiymətləndirib.
90deqiqe.Az-ın məlumatına görə, Şakira sosial şəbəkə hesabında argentinalı ulduz futbolçu barədə fikirlərini bölüşüb:
"Messinin etdikləri inanılmazdır! Bu, öz işinə böyük bağlılıq və intizamla yanaşan, zamana və bütün çətinliklərə meydan oxuyan insanın dəyərlərini göstərir. O sübut edir ki, insanın kimliyi yaşla və başqalarının dedikləri ilə müəyyən olunmur. Mən bilirəm ki, onun yanında Antonela Rokusso kimi bir qadının olması ona bunu sübut etmək üçün güc və ilham verir", – deyə Şakira yazıb.
Qeyd edək ki,Argentina yığması yarımfinal görüşündə İngiltərəni 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmada iki məhsuldar ötürmə ilə yadda qalan Messi komandasının finala yüksəlməsində mühüm rol oynayıb. Dünya çempionatının finalında Argentina millisi İspaniya yığması ilə qarşılaşacaq.
2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçirilir. Turnir iyunun 11-dən iyulun 19-dək davam edəcək. Həlledici görüş ABŞ-ın İst-Raterford şəhərində baş tutacaq.
Hazırda dünya çempionu Argentina millisidir.