- Dünya çempionatı
- 23:37 16.07.2026
İngiltərə millisinin yarımmüdafiəçisi Elliot Anderson 2026-cı il dünya çempionatında ən çox ikili mübarizədə qalib gələn futbolçu olub.
90deqiqe.Az-ın “Squawka”ya istinadən məlumatına görə, statistik göstəricilərə əsasən, "Nyukasl"da çıxış edən 22 yaşlı futbolçu turnir ərzində 55 dəfə rəqiblə dueldən üstün ayrılıb.
Anderson bu göstəricidə Argentina millisinin kapitanı Lionel Messini geridə qoyub. Argentinalı ulduz futbolçunun hesabında 52 qalib duel var.
Siyahının üçüncü pilləsində Paraqvay millisinin müdafiəçisi Xuan Xose Kaseres qərarlaşıb. O, 45 ikili mübarizədə qalib gəlib.
İlk "10-luq"da İngiltərə millisinin digər futbolçusu Cud Bellinqem (44), Fransa millisindən Maykl Olise, Mərakeş yığmasından Əşrəf Hakimi (42), İspaniya millisinin üzvü Rodri Ernandes (41), Lamin Yamal (38), ABŞ millisindən Aleks Friman və İsveçrə yığmasından Den Ndoi (37) yer alıblar.
Qeyd edək ki, iyulun 19-da keçiriləcək dünya çempionatının finalı və bürünc medal uğrunda görüşdən sonra futbolçuların bu göstəriciləri dəyişə bilər.