- Dünya çempionatı
- 23:37 16.07.2026
Britaniyalı teleaparıcı və jurnalist Pirs Morqan dünya çempionatının yarımfinalında Argentinaya məğlub olan İngiltərə millisinin futbolçularına dəstək verib.
90deqiqe.Az-ın məlumatına görə,Morqan sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə komandanın turnir ərzindəki çıxışını yüksək qiymətləndirib:
"İngiltərə millisinin futbolçularına gəlincə, onlar bizə çoxlu gözəl anlar yaşatdılar. Xüsusilə komandanın Meksikada 10 nəfərlə qəhrəmancasına mübarizə apardığı qarşılaşmanı qeyd etmək lazımdır. Uduzmalı olmadığımız oyundakı məğlubiyyətin acısı və məyusluğu fonunda bunları unutmamalıyıq"
Jurnalist İngiltərə millisinin baş məşqçisi Tomas Tuxelə də inandığını bildirib.
"Növbəti böyük turnir İngiltərə torpağında keçiriləcək Avropa çempionatıdır. İnanıram ki, Tuxel komandaya qələbə qazandıra bilər"
Qeyd edək ki, görüş İngiltərə yığmasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.İngiltərə millisi dünya çempionatının bürünc medalları uğrunda keçiriləcək görüşdə Fransa ilə qarşılaşacaq. Matç iyulun 19-da baş tutacaq.