1 sentyabr 2026. Çərşənbə axşamı

"İspaniya Argentinadan daha güclüdür və dünya çempionu olmağa layiqdir"


"İspaniya Argentinadan daha güclüdür və dünya çempionu olmağa layiqdir"

İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen dünya çempionatının finalında İspaniyanı Argentina ilə müqayisədə favorit hesab edir.

90deqiqe.Az xəbər verir ki, sabiq futbolçu bu barədə  "Metro" nəşrinə müsahibəsində deyib.

 "Fikrimcə, İspaniya Argentinadan xeyli güclüdür və dünya çempionatını qazanmağa layiqdir. Onların Fransa üzərindəki qələbəsi yüksək səviyyəli çıxış idi. Bu, güclü rəqibə qarşı ciddi mübarizə tələb edən oyun oldu", – deyə Ouen bildirib.

Qeyd edək ki, Luis de la Fuente rəhbərlik etdiyi komanda yarımfinalda Fransanı 2:0 hesabı ilə məğlub edərək həlledici qarşılaşmaya vəsiqə qazanıb. Argentina isə yarımfinalda İngiltərəni 2:1 hesabı ilə üstələyib.

Sabiq futbolçu Argentina millisinin finala gedən yolunun ideal olmadığını da qeyd edib. Onun fikrincə, komanda bəzi rəqibləri çətinliklə keçib və vacib qolları çox vaxt qarşılaşmaların son dəqiqələrində vurub.







Dünya çempionatı

UEFA İnfantinoya qarşı namizəd hazırlayır
  • Dünya çempionatı
  • 23:09 27.08.2026
UEFA İnfantinoya qarşı namizəd hazırlayır
“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”