18 iyul 2026. Şənbə

"İspaniyanın zəif nöqtələrindən istifadə etməyə çalışacağıq"


"İspaniyanın zəif nöqtələrindən istifadə etməyə çalışacağıq"

Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni İspaniyaya qarşı keçiriləcək dünya çempionatının final oyunu öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis bildirib ki, komanda həlledici qarşılaşmaya adi oyun kimi yanaşır və əsas məqsəd diqqəti yalnız meydana yönəltməkdir.

"Final olsa da, bu, sadəcə futbol oyunudur. Qələbə qazanmaq üçün ən yaxşı oyunumuzu göstərməliyik. Özümüzə daim bunun dünya çempionatının finalı olduğunu xatırlatsaq, diqqətimiz yayına bilər", – deyə Skaloni vurğulayıb.

Baş məşqçi qeyd edib ki, rəqibi uzun müddətdir təhlil edirlər.

"Onların necə oynadıqlarını bilirik. Hər kəs İspaniyanın güclü tərəflərindən xəbərdardır. Biz çalışacağıq ki, onlar bu üstünlüklərindən istifadə edə bilməsinlər. Eyni zamanda, öz oyun üslubumuzu nümayiş etdirərək zəif hesab etdiyimiz sahələrdə rəqibə çətin anlar yaşatmağa çalışacağıq", – deyə o bildirib.

Skaloni Lionel Messinin dünya çempionatındakı son çıxışı ilə bağlı suala isə belə cavab verib:

"Bilmirəm, bu barədə heç bir məlumatım yoxdur. Messi bizi təəccübləndirməyə davam edir. Bu, mənim deyil, onun cavablandırmalı olduğu sualdır. Bu barədə onunla danışmamışam."

İspaniya ilə qarşılaşmada onu ən çox narahat edən məqam barədə danışan argentinalı çalışdırıcı rəqibə yüksək qiymət verib.

"İspaniya çox güclü komandadır və hazırda baş məşqçisi Luis de la Fuente ilə uğurlu dövr keçirir. Ona böyük hörmət bəsləyirəm. Bu komandaya aid hər bir məqam narahatlıq doğurur", – deyə Skaloni əlavə edib.







Dünya çempionatı

"Bizi məğlub edən hakim yox, İspaniya idi"
  • Dünya çempionatı
  • 16:21 18.07.2026
"Bizi məğlub edən hakim yox, İspaniya idi"
"Təzyiq məni sarsıda bilməz"
  • Dünya çempionatı
  • 16:04 18.07.2026
"Təzyiq məni sarsıda bilməz"