18 iyul 2026. Şənbə

"Messi bizi cəzalandırdı, bu məğlubiyyət çox ağrılı oldu"


"Messi bizi cəzalandırdı, bu məğlubiyyət çox ağrılı oldu"

İngiltərə milli komandasının baş məşqçisi Tomas Tuxel Argentina ilə dünya çempionatının yarımfinalında alınan məğlubiyyətdən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis bildirib ki, komandası son 14 rəsmi oyunda ilk məğlubiyyətini məhz son dünya çempionuna qarşı yaşayıb.

"Son dünya çempionuna qarşı oynayırdıq. Qarşılaşmanın 85-ci dəqiqəsinə qədər 1:0 hesabı ilə öndə idik. Dünyanın ən yaxşı futbolçusu Lionel Messiyə qarşı mübarizə apardıq və sonda 1:2 hesabı ilə uduzduq. Bu, çox ağrılı məğlubiyyət oldu. Yarımfinala yüksəlməyi haqq etmişdik. Finalda oynamaq istəyirdik və buna nail ola biləcəyimizə inanırdıq", – deyə Tuxel bildirib.

İngiltərə millisinin baş məşqçisi qeyd edib ki, komandanın hələ inkişaf etdirməli olduğu məqamlar var.

"Finala çıxa bilməmək hamımız üçün böyük məyusluqdur. Bu ağrı təəssüf ki, ilk deyil və yəqin ki, son da olmayacaq. Heç kim üçüncü yer uğrunda oyunda iştirak etmək istəmir. Amma bu, dünya çempionatının rəsmi qarşılaşmasıdır və İngiltərənin son 60 ildə ən yaxşı nəticəsini əldə etmək imkanıdır. Qarşımızda dünyanın ən güclü və ən yaxşı formada olan komandalarından biri olacaq", – deyə o vurğulayıb.

Tuxel yarımfinaldakı məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürdüyünü də bildirib.

"Baş məşqçi mənəm. Verdiyimiz qərarlar komandaya olan inamımıza, rəqabət ruhumuza, təcrübəmizə və meydanda hiss etdiklərimizə əsaslanır. Bu ağrını həm mən, həm də futbolçular yaşayır. Hamımız bununla yaşamağı öyrənməliyik", – deyə İngiltərə millisinin baş məşqçisi əlavə edib.







Dünya çempionatı

"Bizi məğlub edən hakim yox, İspaniya idi"
  • Dünya çempionatı
  • 16:21 18.07.2026
"Bizi məğlub edən hakim yox, İspaniya idi"
"Təzyiq məni sarsıda bilməz"
  • Dünya çempionatı
  • 16:04 18.07.2026
"Təzyiq məni sarsıda bilməz"