9 avqust 2026. Bazar günü

"Bürünc medal uğrunda mübarizə bizim yeni hədəfimizdir"


"Bürünc medal uğrunda mübarizə bizim yeni hədəfimizdir"

İngiltərə millisinin müdafiəçisi Con Stouns dünya çempionatında Fransa ilə keçiriləcək üçüncü yer uğrunda oyun öncəsi komandanın əhval-ruhiyyəsindən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, baş məşqçi Tomas Tuxellə birlikdə mətbuat konfransına qatılan təcrübəli futbolçu bildirib ki, komanda üzvlərinin fikri hələ də Argentina ilə yarımfinal görüşündə qalıb.

"Hər birimiz böyük məyusluq və qəzəb hiss edirik. Bununla belə, turnirdə uzun və uğurlu yol keçmişik. Komandamızdakı hər bir futbolçu ilə fəxr edirəm", – deyə Stouns bildirib.

32 yaşlı müdafiəçi yarımfinaldakı məğlubiyyətin futbolçular üçün xüsusilə ağır olduğunu vurğulayıb.

"Futbolun və futbolçuların təbiəti belədir ki, hər şeyi çox şəxsi qəbul edirik. Turnirin sonuna qədər irəliləyəcəyimizə və çempion olacağımıza ürəkdən inanırdıq. Məhz buna görə də yarımfinalda dayanmaq daha çox ağrı verir. Çünki buna həqiqətən inanmışdıq və özümüzü finalda görürdük", – deyə o qeyd edib.

Stouns bildirib ki, komanda artıq diqqətini Fransa ilə keçiriləcək oyuna yönəltməlidir.

"Bürünc medal uğrunda mübarizə indi qarşımızda duran yeni hədəfdir. Bu, indiyədək əldə edə bilmədiyimiz nəticədir. Bunun bizi tam xoşbəxt edib-etməyəcəyini demək çətindir. Amma hazırda bütün diqqətimizi bu oyuna yönəltməliyik", – deyə İngiltərə millisinin futbolçusu əlavə edib.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər
"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"