- Dünya çempionatı
- 23:07 18.07.2026
Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatının finalı öncəsi İspaniya millisinin gənc ulduzu Lamin Yamal və illər əvvəl onunla çəkilmiş məşhur fotoşəkil barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, Messi bildirib ki, "Barselona"nın Yamal kimi istedadlı futbolçuya sahib olması klub üçün böyük üstünlükdür.
"Yamalın komandamızda olması "Barselona" üçün böyük şansdır. Onun uğuru klubumuzun da uğurudur. Cəmi 19 yaşı olmasına baxmayaraq, artıq dünya futbolunun əsas simalarından birinə çevrilib. Qarşıda onu uzun karyera gözləyir və artıq tarixi uğur qazanmaq imkanı əldə edib. Biz isə çalışacağıq ki, finalda özünün ən yaxşı oyununu göstərə bilməsin və dünya çempionluğu arzusu bir qədər də gec reallaşsın. Əlbəttə, İspaniyanın başqa güclü futbolçuları da var. Amma bizim də öz üstünlüklərimiz var", – deyə Messi bildirib.
Argentina millisinin kapitanı Yamalın körpə olarkən onunla çəkilmiş məşhur fotoşəkildən də danışıb.
"Həmin şəkil həqiqətən inanılmazdır. O foto həyatın necə dəyişdiyini göstərir. Yamal çox balaca uşaq idi, indi isə dünya çempionatının finalında bir-birimizə rəqibik. Buna inanmaq çətindir. O artıq dünyanın ən yaxşı futbolçularından biridir. Amma ümid edirəm ki, bu dəfə yaxşı tərəf o və komandası olmayacaq", – deyə Lionel Messi bildirib.