- Dünya çempionatı
- 23:07 18.07.2026
Fransa millisində 14 illik Didye Deşam dövrü başa çatır.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis dünya çempionatında İngiltərə ilə keçiriləcək üçüncü yer uğrunda oyundan sonra vəzifəsindən ayrılacaq.
Fransa mətbuatının yaydığı məlumata görə, milli komandanın yeni baş məşqçisi Zinəddin Zidan olacaq.
Bildirilir ki, fransalı mütəxəssis vəzifəsinin icrasına Millətlər Liqasının oyunları ilə başlayacaq. Zidanın Fransa millisinin baş məşqçisi kimi ilk rəsmi qarşılaşması isə Türkiyəyə qarşı olacaq.
Fransa və Türkiyə milliləri sentyabrın 25-də üz-üzə gələcəklər. Həmin görüş Zinəddin Zidanın milli komanda səviyyəsində baş məşqçi kimi ilk rəsmi oyunu olacaq.
Qeyd edək ki, Zidan daha əvvəl klub səviyyəsində qazandığı uğurlarla adından söz etdirib. Fransa millisində isə bu, onun baş məşqçi kimi ilk təcrübəsi olacaq.