13 avqust 2026. Cümə axşamı

Dünya çempionatının finalında 48 ildən sonra ilk yaşanacaq


Dünya çempionatının finalında 48 ildən sonra ilk yaşanacaq

Bu gün futbol ictimaiyyətinin diqqəti dünya çempionatının finalına yönələcək. 

90deqiqe.Az-ın məlumatına görə, həlledici qarşılaşmada İspaniya və Argentina milliləri üz-üzə gələcəklər.

Final ərəfəsində maraqlı statistik göstərici də açıqlanıb. Belə ki, 1978-ci ildən bəri ilk dəfə dünya çempionatının finalında Almaniyanın "Bavariya" klubunun heyətində çıxış edən heç bir futbolçu iştirak etməyəcək.

İspaniya və Argentina milliləri dünya çempionluğu uğrunda mübarizəyə Bakı vaxtı ilə saat 23:00-da başlayacaqlar.

Qeyd edək ki, Argentina qalib gələcəyi təqdirdə ardıcıl ikinci dəfə dünya çempionu olacaq.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı