19 iyul 2026. Bazar günü

"Yamal təzyiqdən zövq alır"


"Yamal təzyiqdən zövq alır"

"Barselona"nın sabiq müdafiəçisi Jerar Pike İspaniya millisinin gənc ulduzu Lamin Yamal haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, keçmiş futbolçu bildirib ki, cəmi 19 yaşı olmasına baxmayaraq, Yamal böyük təzyiq altında oynamaqda çətinlik çəkmir.

"Bu yaşda futbolçu üçün belə böyük təzyiqi idarə etmək asan deyil. Amma düşünmürəm ki, Lamin bununla bağlı problem yaşayır. Əksinə, mənə elə gəlir ki, o, bundan zövq alır. Hesab edirəm ki, Yamal xüsusi və bənzərsiz istedaddır. Ümid edirəm ki, bazar günü dünya çempionu olacaq", – deyə Pike bildirib.

Qeyd edək ki, İspaniya millisi dünya çempionatının finalında Argentina ilə qarşılaşacaq.

Lamin Yamal Şimali Amerikada keçirilən dünya çempionatında indiyədək yeddi oyunda meydana çıxıb və bir qolla yadda qalıb.







Dünya çempionatı

"Yamal təzyiqdən zövq alır"
  • Dünya çempionatı
  • 22:52 18.07.2026
"Yamal təzyiqdən zövq alır"
İspaniya yoxsa Argentina???
  • Dünya çempionatı
  • 22:26 18.07.2026
İspaniya yoxsa Argentina???