19 iyul 2026. Bazar günü

Dünya çempionatında ən çox məyus edən futbolçular bunlar oldu


Dünya çempionatında ən çox məyus edən futbolçular bunlar oldu

Portuqaliyanın nüfuzlu "A Bola" nəşri 2026-cı il dünya çempionatında çıxışı gözləntiləri doğrultmayan 23 futbolçudan ibarət siyahı hazırlayıb.

90deqiqe.Az-ın məlumatına görə, siyahıda Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun, Braziliya millisinin ulduzu Neymarın, İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Raysın və dünya futbolunun digər tanınmış simalarının adları yer alıb.

Ən çox məyusluq yaradan futbolçuların təmsil olunduğu milli komanda Almaniya olub. Siyahıda bu ölkədən dörd futbolçu yer alıb. Portuqaliya, Braziliya və Türkiyə isə hərəsi üç oyunçu ilə təmsil olunub. Uruqvayın iki, Xorvatiya, Ekvador, Cənubi Koreya, İngiltərə, Şotlandiya, Qana, İsveç və Belçikanın isə hərəsinin bir futbolçusu siyahıya daxil edilib.

Çıxışı gözləntiləri doğrultmayan futbolçuların tam siyahısı:

  • Fernando Muslera (Uruqvay)
  • Yozua Kimmix (Almaniya)
  • Yoşko Qvardiol (Xorvatiya)
  • Qabriel Maqalyaes (Braziliya)
  • Pyero İnkapiye (Ekvador)
  • Federiko Valverde (Uruqvay)
  • Camal Musiala (Almaniya)
  • Brunu Fernandeş (Portuqaliya)
  • Leroy Sane (Almaniya)
  • Kriştiano Ronaldo (Portuqaliya)
  • Son Hın Min (Cənubi Koreya)
  • Manuel Noyer (Almaniya)
  • Deklan Rays (İngiltərə)
  • Skott Maktominey (Şotlandiya)
  • Orkun Kökçü (Türkiyə)
  • Bernardu Silva (Portuqaliya)
  • Antuan Semenyo (Qana)
  • Kenan Yıldız (Türkiyə)
  • Neymar (Braziliya)
  • Arda Gülər (Türkiyə)
  • Viktor Dyökereş (İsveç)
  • Jeremi Doku (Belçika)
  • Rafinya (Braziliya)

Qeyd edək ki, dünya çempionatının final oyununda bu gün İspaniya və Argentina milliləri üz-üzə gələcəklər. İspaniya turnirdə hələ məğlub olmayıb və əsas vaxtda cəmi bir qol buraxıb. Argentina isə 2022-ci ildə qazandığı dünya çempionluğu titulunu qorumağa çalışacaq.







Dünya çempionatı

"Yamal təzyiqdən zövq alır"
  • Dünya çempionatı
  • 22:52 18.07.2026
"Yamal təzyiqdən zövq alır"
İspaniya yoxsa Argentina???
  • Dünya çempionatı
  • 22:26 18.07.2026
İspaniya yoxsa Argentina???