2 sentyabr 2026. Çərşənbə

Mbappe Messinin dünya çempionatı rekorduna şərik oldu


Mbappe Messinin dünya çempionatı rekorduna şərik oldu

Fransa millisinin hücumçusu və kapitanı Kilian Mbappe dünya çempionatlarında keçirdiyi 22-ci oyunda 21-ci qolunu vuraraq Argentina millisinin hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb.

90deqiqe.Az-ın məlumatına görə, Mbappe 2026-cı il dünya çempionatının üçüncü yer uğrunda İngiltərəyə qarşı keçirilən qarşılaşmada fərqlənib. O, oyunun 48-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

Xəbər hazırlanarkən görüşün ikinci hissəsi davam edirdi. Hesab İngiltərə millisinin xeyrinə 4:2 idi.

Qeyd edək ki, Messi dünya çempionatlarında keçirdiyi 33 oyunda 21 qola imza atmışdı.

Dünya çempionatının final görüşündə Argentina millisi İspaniya ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 19-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Dünya çempionatı

UEFA İnfantinoya qarşı namizəd hazırlayır
  • Dünya çempionatı
  • 23:09 27.08.2026
UEFA İnfantinoya qarşı namizəd hazırlayır
“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”