- Dünya çempionatı
- 03:07 19.07.2026
Hazırda 2026-cı il futbol üzrə dünya çempionatının üçüncü yer uğrunda Fransa və İngiltərə milliləri arasında qarşılaşma keçirilir.
90deqiqe.Az-ın məlumatına görə, görüş ABŞ-nin Florida ştatının Mayami şəhərində yerləşən "Hard Rok" stadionunda baş tutur. Oyunu Venesueladan olan baş hakim Xesus Valensuela idarə edir.
Xəbər hazırlanarkən hesab İngiltərə millisinin xeyrinə 4:2 idi.
Fransa millisinin ilk qoluna Kilian Mbappe imza atıb. Bununla da o, DÇ-2026-da vurduğu qolların sayını doqquza çatdıraraq səkkiz qolla yadda qalan Argentina millisinin hücumçusu Lionel Messini bombardirlər siyahısında geridə qoyub.
Xatırladaq ki, dünya çempionatının finalında Argentina millisi İspaniya ilə qarşılaşacaq. Həlledici görüş iyulun 19-da keçiriləcək.