2 sentyabr 2026. Çərşənbə

Olise dünya çempionatlarında Pelenin rekordunu təkrarladı


Olise dünya çempionatlarında Pelenin rekordunu təkrarladı

Fransa millisinin hücumçusu Maykl Olise futbol üzrə dünya çempionatları tarixində əfsanəvi braziliyalı hücumçu Pelenin rekorduna şərik olub.

90deqiqe.Az-ın məlumatına görə, 24 yaşlı futbolçu 2026-cı il dünya çempionatının üçüncü yer uğrunda İngiltərəyə qarşı keçirilən görüşdə məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər hazırlanarkən qarşılaşmanın ikinci hissəsi davam edirdi. Hesab İngiltərə millisinin xeyrinə 4:3 idi.

Bununla da Olise cari dünya çempionatında məhsuldar ötürmələrinin sayını altıya çatdırıb.

Statistik göstəricilərə əsasən, o, 1970-ci ildə eyni turnirdə altı məhsuldar ötürmə edən Pelenin rekordunu təkrarlayıb. Bu, 1966-cı ildən etibarən məhsuldar ötürmələrin rəsmi statistikasının aparıldığı dövrdə qeydə alınan ən yüksək göstəricidir.







Dünya çempionatı

UEFA İnfantinoya qarşı namizəd hazırlayır
  • Dünya çempionatı
  • 23:09 27.08.2026
UEFA İnfantinoya qarşı namizəd hazırlayır
“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”