2 sentyabr 2026. Çərşənbə

Maykl Olise Pelenin 56 illik rekordunu qırdı


Maykl Olise Pelenin 56 illik rekordunu qırdı

Fransa millisinin hücumçusu Maykl Olise futbol üzrə dünya çempionatları tarixində əfsanəvi braziliyalı hücumçu Pelenin rekordunu yeniləyib.

90deqiqe.Az-ın məlumatına görə, 24 yaşlı futbolçu 2026-cı il dünya çempionatının üçüncü yer uğrunda İngiltərəyə qarşı keçirilən qarşılaşmada iki məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər hazırlanarkən görüşün ikinci hissəsi davam edirdi. Hesab İngiltərə millisinin xeyrinə 4:3 idi.

Beləliklə, Olise cari dünya çempionatında məhsuldar ötürmələrinin sayını yeddiyə çatdırıb.

Statistik göstəricilərə əsasən, o, 1970-ci ildə eyni turnirdə altı məhsuldar ötürmə edən Peleni geridə qoyaraq 1966-cı ildən bəri bir dünya çempionatında ən çox məhsuldar ötürmə müəllifi olan futbolçu kimi tarixə düşüb.







Dünya çempionatı

UEFA İnfantinoya qarşı namizəd hazırlayır
  • Dünya çempionatı
  • 23:09 27.08.2026
UEFA İnfantinoya qarşı namizəd hazırlayır
“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”