11 avqust 2026. Çərşənbə axşamı

"Dünya çempionatında məcburi su fasilələrinin taleyi yenidən dəyərləndiriləcək"


"Dünya çempionatında məcburi su fasilələrinin taleyi yenidən dəyərləndiriləcək"

Beynəlxalq Futbol Federasiyasının qlobal futbolun inkişafı şöbəsinin rəhbəri Arsen Venger dünya çempionatlarında tətbiq olunan məcburi su fasilələrinin gələcəkdə saxlanılıb-saxlanılmayacağının yenidən dəyərləndiriləcəyini bildirib.

90deqiqe.Az-ın məlumatına görə, o bildirib ki, qurum hazırkı dünya çempionatının bütün oyunlarında hava şəraitindən asılı olmayaraq üç dəqiqəlik su fasilələri tətbiq edib. Bu qərarın futbolçuların sağlamlığının qorunmasına xidmət etdiyi bildirilsə də, yenilik azarkeşlərin narazılığı ilə qarşılanıb.

"Bəzən bu, insanların xoşuna gəlmədi. Dünya çempionatı başa çatdıqdan sonra su fasilələrinin hansı nəticə verdiyini təhlil edəcəyik", – deyə Arsen Venger bildirib.

Qeyd edək ki, daha əvvəl İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel də su fasilələrinə etiraz edib. O, bu cür dayanmaların oyunun axıcılığını pozduğunu və futbol matçının xarakterini dəyişdirdiyini bildirib.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər