19 iyul 2026. Bazar günü

İngiltərə millisi dünya çempionatının bürünc medalını qazandı


İngiltərə millisi dünya çempionatının bürünc medalını qazandı

2026-cı il futbol üzrə dünya çempionatının üçüncü yer uğrunda keçirilən Fransa – İngiltərə qarşılaşması başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, ABŞ-nin Florida ştatının Mayami şəhərində yerləşən "Hard Rok" stadionunda oynanılan görüşü venesuelalı baş hakim Xesus Valensuela idarə edib. Gərgin və məhsuldar keçən qarşılaşma İngiltərə millisinin 6:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı oyunun 3-cü dəqiqəsində Deklan Rays açıb. 18-ci dəqiqədə Ezri Konsa fərqi artırıb. 37-ci dəqiqədə Bukayo Saka üçüncü qolu vurub, ilk hissəyə əlavə olunmuş vaxtda isə özünün və komandasının dördüncü qoluna imza atıb.

Fransa millisi ikinci hissədə geri dönüş etməyə çalışıb. Kilian Mbappe 48-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb. Altı dəqiqə sonra Bredli Barkola komandasının ikinci qolunu vurub. Mbappe 66-cı dəqiqədə dubla imza ataraq hesabı minimum fərqə endirib.

Lakin 87-ci dəqiqədə Bukayo Saka on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək görüşdə üçüncü qolunu vurub və İngiltərənin beşinci topunu hesabına yazdırıb. Əlavə vaxtın altıncı dəqiqəsində Usman Dembele Fransanın dördüncü qolunu vursa da, iki dəqiqə sonra Cud Bellinqem yekun hesabı müəyyənləşdirib – 6:4.

Beləliklə, İngiltərə millisi dünya çempionatının bürünc medalına sahib çıxıb. Fransa yığması turniri dördüncü pillədə başa vurub.

Dünya çempionunun adına isə İspaniya və Argentina milliləri arasında keçiriləcək final qarşılaşmasında aydınlıq gələcək.







Dünya çempionatı

Saka het-trik etdi
  • Dünya çempionatı
  • 02:57 19.07.2026
Saka het-trik etdi
Maykl Olise Pelenin 56 illik rekordunu qırdı
  • Dünya çempionatı
  • 02:48 19.07.2026
Maykl Olise Pelenin 56 illik rekordunu qırdı