11 avqust 2026. Çərşənbə axşamı

"Onun istedadı bənzərsizdir"


"Onun istedadı bənzərsizdir"

İspaniya millisinin sabiq müdafiəçisi Jerar Pike 2026-cı il futbol üzrə dünya çempionatında Argentina millisinin hücumçusu Lionel Messinin çıxışını yüksək qiymətləndirib.

90deqiqe.Az-ın məlumatına görə, "AS" nəşri sabiq futbolçunun dediklərini belə çatdırıb.

"Messi inanılmaz dərəcədə ağıllı futbolçudur. O, artıq fiziki baxımdan 25 yaşında olmadığını çox yaxşı anlayır və buna görə də meydanda rəqibə ən böyük təhlükəni yarada biləcəyi zonaları mükəmməl seçir. Onun istedadı bənzərsizdir. Lionel qısa ötürmələrlə oyunu dərhal əlaqələndirir, cinaha çəkilərək təhlükəli ötürmələr verir. Cərimə meydançası daxilində hücumları tamamlaması isə sözün əsl mənasında dahiyanədir", - deyə Pike bildirib.

Qeyd edək ki, iyulun 19-da keçiriləcək 2026-cı il dünya çempionatının finalında İspaniya və Argentina milliləri üz-üzə gələcəklər.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər