3 sentyabr 2026. Cümə axşamı

Messi dünya çempionatının ən yaxşı futbolçusu seçiləcək


Messi dünya çempionatının ən yaxşı futbolçusu seçiləcək

Beynəlxalq Futbol Federasiyasının Texniki Komitəsi 2026-cı il futbol üzrə dünya çempionatının finalından sonra təqdim olunacaq fərdi mükafatlarla bağlı iclas keçirib.

90deqiqe.Az-ın məlumatına görə, iclasda Argentina millisinin hücumçusu və kapitanı Lionel Messinin finalın nəticəsindən asılı olmayaraq turnirin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına layiq görülməsi barədə qərar qəbul edilib.

Messi dünya çempionatında keçirdiyi yeddi oyunda səkkiz qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, argentinalı ulduz daha əvvəl 2014 və 2022-ci illərdə keçirilən dünya çempionatlarının da ən yaxşı futbolçusu seçilərək "Qızıl top" mükafatını qazanmışdı.







Dünya çempionatı

UEFA İnfantinoya qarşı namizəd hazırlayır
  • Dünya çempionatı
  • 23:09 27.08.2026
UEFA İnfantinoya qarşı namizəd hazırlayır
“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”