3 sentyabr 2026. Cümə axşamı

"Barselona" dünya çempionatının finalı ilə bağlı paylaşım edib


"Barselona" dünya çempionatının finalı ilə bağlı paylaşım edib

"Barselona" klubu futbol üzrə 2026-cı il dünya çempionatının İspaniya və Argentina milliləri arasında keçiriləcək final oyunu ilə bağlı sosial şəbəkə hesabında xüsusi paylaşım edib.

90deqiqe.Az-ın məlumatına görə, paylaşımda Kataloniya təmsilçisinin səkkiz futbolçusu İspaniya millisinin formasında, klubun sabiq hücumçusu Lionel Messi isə Argentina millisinin formasında təsvir olunub.

"Bir arzu. Son dayanacaq – Nyu-York", - deyə klubun paylaşımında bildirilib.

Qeyd edək ki, dünya çempionatının final görüşü iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən "Metlayf" stadionunda keçiriləcək. Oyunu Sloveniyadan olan baş hakim Slavko Vinçiç idarə edəcək.

Yarımfinal mərhələsində İspaniya millisi Fransanı 2:0 hesabı ilə məğlub edib, Argentina isə İngiltərəni 2:1 hesabı ilə üstələyərək finala yüksəlib.







Dünya çempionatı

UEFA İnfantinoya qarşı namizəd hazırlayır
  • Dünya çempionatı
  • 23:09 27.08.2026
UEFA İnfantinoya qarşı namizəd hazırlayır
“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”