20 iyul 2026. Bazar ertəsi

"Futboldan getmək fikrim yoxdur"


"Futboldan getmək fikrim yoxdur"

Fransa millisinin baş məşqçisi Didye Deşam yığmadan ayrıldıqdan sonra gələcək planları barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, 57 yaşlı mütəxəssis məşqçilik karyerasını başa vurmaq niyyətində olmadığını bildirib.

"Məni gələcəkdə nəyin gözlədiyini bilmirəm. Amma bu, həm fərqli, həm də yaxşı bir mərhələ olacaq. Nə qənnadçı, nə də siyasətçi olmağı düşünürəm. Futboldan ayrılmayacağam. Bu sahədə fəaliyyət göstərmək üçün müxtəlif imkanlar var", – deyə Deşam bildirib.

Qeyd edək ki, Deşam 14 il Fransa millisinə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 2018-ci ildə dünya çempionu olub, 2021-ci ildə Millətlər Liqasının qalibi adını qazanıb, 2022-ci il dünya çempionatında isə finala yüksəlib.

Əlavə edək ki,, Fransa millisinin baş məşqçisi postunda Didye Deşamı Zinəddin Zidanın əvəzləyəcəyi gözlənilir.







Dünya çempionatı

İspaniya dünya rekordu qırdı
  • Dünya çempionatı
  • 02:10 20.07.2026
İspaniya dünya rekordu qırdı
İspaniya dünya çempionu oldu
  • Dünya çempionatı
  • 02:06 20.07.2026
İspaniya dünya çempionu oldu
"Ən yaxşı formasına qayıdıb"
  • Dünya çempionatı
  • 23:39 19.07.2026
"Ən yaxşı formasına qayıdıb"
Fabian Ruiz finalda yubiley oyununa çıxıb
  • Dünya çempionatı
  • 23:12 19.07.2026
Fabian Ruiz finalda yubiley oyununa çıxıb
"Messiyə qarşı çıxmaq çətindir"
  • Dünya çempionatı
  • 23:03 19.07.2026
"Messiyə qarşı çıxmaq çətindir"