9 avqust 2026. Bazar günü

"Bu, İngiltərənin 1966-cı ildən bəri ən yaxşı nəticəsidir"


"Bu, İngiltərənin 1966-cı ildən bəri ən yaxşı nəticəsidir"

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem 2026-cı il futbol üzrə dünya çempionatında komandasının çıxışını dəyərləndirib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb.

 "Bu komanda turniri yaxşı notlarla başa vurmağa layiq idi. Əlbəttə, məqsədimiz bu deyildi, amma bu, yenə də 1966-cı ildən bəri əldə etdiyimiz ən yaxşı nəticədir. İngiltərə azarkeşlərinə təşəkkür edirəm. Bu yay dəstəyiniz bir çox baxımdan unudulmaz oldu"

Qeyd edək ki, Tomas Tuxelin rəhbərlik etdiyi komanda üçüncü yer uğrunda keçirilən görüşdə Fransanı 6:4 hesabı ilə məğlub edərək turnirin bürünc medalını qazanıb.Madrid "Real"ının futbolçusu dünya çempionatında yeddi qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər
"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"