20 iyul 2026. Bazar ertəsi

"İngiltərə millisini tənqid etmək ədalətsizdir"


"İngiltərə millisini tənqid etmək ədalətsizdir"

Tanınmış britaniyalı idman jurnalisti və televiziya aparıcısı Pirs Morqan İngiltərə millisinin 2026-cı il futbol üzrə dünya çempionatındakı çıxışını dəyərləndirib.

90deqiqe.Az-ın məlumatına görə, Morqan bu barədə sosial şəbəkə hesabında yazıb.

 "İngiltərə finala çıxmağa çox yaxın idi. Bu, indiyədək gördüyüm ən yaxşı İngiltərə millilərindən biri idi. Komanda Meksika ilə oyunda əsl xarakter nümayiş etdirərək möhtəşəm dönüş etdi, Fransanı böyük hesabla məğlub etdi və 1966-cı ildən bəri ən yaxşı nəticəni göstərdi. Komandaya və Tomas Tuxelə yönələn tənqidlər həddindən artıqdır"

Qeyd edək ki, Tomas Tuxelin rəhbərlik etdiyi komanda yarımfinalda Argentinaya 1:2 hesabı ilə məğlub olaraq finala yüksələ bilməyib. İngiltərə millisi üçüncü yer uğrunda keçirilən qarşılaşmada isə Fransanı 6:4 hesabı ilə məğlub edərək bürünc medallara sahib çıxıb.

Əlavə edək ki, İngiltərə millisi 1966-cı ildə finalda Almaniya Federal Respublikasını məğlub edərək tarixində yeganə dünya çempionluğunu qazanıb.







Dünya çempionatı

İspaniya dünya rekordu qırdı
  • Dünya çempionatı
  • 02:10 20.07.2026
İspaniya dünya rekordu qırdı
İspaniya dünya çempionu oldu
  • Dünya çempionatı
  • 02:06 20.07.2026
İspaniya dünya çempionu oldu
"Ən yaxşı formasına qayıdıb"
  • Dünya çempionatı
  • 23:39 19.07.2026
"Ən yaxşı formasına qayıdıb"
Fabian Ruiz finalda yubiley oyununa çıxıb
  • Dünya çempionatı
  • 23:12 19.07.2026
Fabian Ruiz finalda yubiley oyununa çıxıb
"Messiyə qarşı çıxmaq çətindir"
  • Dünya çempionatı
  • 23:03 19.07.2026
"Messiyə qarşı çıxmaq çətindir"