20 iyul 2026. Bazar ertəsi

DÇ-2026-nın bürünc medal oyunu rekordlarla yadda qaldı


DÇ-2026-nın bürünc medal oyunu rekordlarla yadda qaldı

2026-cı il futbol üzrə dünya çempionatının üçüncü yer uğrunda keçirilən qarşılaşmada İngiltərə millisi Fransanı 6:4 hesabı ilə məğlub edərək bürünc medallara sahib çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, İngiltərə ilk hissəni 4:0 hesabı ilə öndə başa vurduğu oyunda üstünlüyünü qoruyaraq tarixində ilk dəfə dünya çempionatının üçüncü pilləsinə yüksəlib. İngilislər daha əvvəl 1990 və 2018-ci illərdə üçüncü yer uğrunda oynadıqları görüşlərdə məğlub olmuşdular.

1966-cı ildə dünya çempionu olan İngiltərə millisi bununla da son 60 ilin ən uğurlu dünya çempionatı nəticəsini əldə edib.

Fransa – İngiltərə qarşılaşması dünya çempionatları tarixində üçüncü yer uğrunda keçirilən ən məhsuldar oyun kimi tarixə düşüb. Əvvəlki rekord 1958-ci ildə Fransanın Almaniya Federal Respublikasını 6:3 hesabı ilə məğlub etdiyi görüşə məxsus idi.

Bundan başqa, 6:4 hesabı ilə başa çatan qarşılaşma DÇ-2026-nın da ən məhsuldar oyunu olub. Turnirdə bundan əvvəl ən böyükhesablı görüş Almaniyanın Kürasaonu 7:1 hesabı ilə məğlub etdiyi matç idi.

Fransa millisinin hücumçusu Kilian Mbappe isə oyunda vurduğu iki qolla turnirdəki qol sayını 10-a çatdırıb. O, səkkiz qolu olan Argentina millisinin kapitanı Lionel Messini geridə qoyaraq bombardirlər yarışında vahid liderə çevrilib.

Mbappe bununla həm Fransa futbolu tarixində bir turnirdə ən çox qol vuran futbolçu olub, həm də dünya çempionatları tarixində ümumi qol sayını 22-yə çatdıraraq yeni rekorda imza atıb.

Əgər Argentina millisinin kapitanı Lionel Messi İspaniyaya qarşı final görüşündə fərqlənməsə, Mbappe dünya çempionatını tarixin ən məhsuldar futbolçusu kimi başa vuracaq.

Fransa millisi isə 58 ildən sonra ilk dəfə bir oyunun ilk hissəsində qapısında dörd qol görüb. Sonuncu belə hadisə 1968-ci il Avropa çempionatının seçmə mərhələsində Yuqoslaviyaya qarşı keçirilən görüşdə qeydə alınmışdı. Həmin oyunun ilk yarısı 4:1, yekun nəticəsi isə 5:1 hesabı ilə Yuqoslaviyanın xeyrinə başa çatmışdı.







Dünya çempionatı

İspaniya dünya rekordu qırdı
  • Dünya çempionatı
  • 02:10 20.07.2026
İspaniya dünya rekordu qırdı
İspaniya dünya çempionu oldu
  • Dünya çempionatı
  • 02:06 20.07.2026
İspaniya dünya çempionu oldu
"Ən yaxşı formasına qayıdıb"
  • Dünya çempionatı
  • 23:39 19.07.2026
"Ən yaxşı formasına qayıdıb"
Fabian Ruiz finalda yubiley oyununa çıxıb
  • Dünya çempionatı
  • 23:12 19.07.2026
Fabian Ruiz finalda yubiley oyununa çıxıb
"Messiyə qarşı çıxmaq çətindir"
  • Dünya çempionatı
  • 23:03 19.07.2026
"Messiyə qarşı çıxmaq çətindir"