- Dünya çempionatı
- 02:10 20.07.2026
Kabo-Verde millisinin qapıçısı Jozimar Vozinya 2026-cı il futbol üzrə dünya çempionatının ən diqqətçəkən simalarından birinə çevrilib.
90deqiqe.Az-ın məlumatına görə, "derbyderbyderby.it" təcrübəli qolkiperin dediklərini belə çatdırıb.
"Məşhurluq məni dəyişməyib. Mən həmişə olduğum insan olaraq qalmaq istəyirəm. Sadəcə, indi artıq Kabo-Verdenin harada yerləşdiyini və necə bir ölkə olduğunu izah etməyə ehtiyac qalmayıb. Dünya çempionatına qədər insanların təxminən 90 faizi bu ölkə haqqında heç nə bilmirdi"
Qeyd edək ki, onun komandası mundialda 1/16 final mərhələsinə qədər irəliləyərək Argentina millisinə qarşı yaddaqalan mübarizə aparıb. Turnirdən sonra Vozinyanın sosial şəbəkələrdəki izləyicilərinin sayı da sürətlə artıb.
Jozimar Vozinya karyerası ərzində Moldovanın "Zimbru" klubunun da formasını geyinib.