3 sentyabr 2026. Cümə axşamı

DÇ-2026 finalı ulduz sənətçilərin çıxışı ilə yadda qalacaq


DÇ-2026 finalı ulduz sənətçilərin çıxışı ilə yadda qalacaq

2026-cı il futbol üzrə dünya çempionatının bu gün keçiriləcək İspaniya – Argentina finalı təkcə meydandakı mübarizə ilə deyil, həm də möhtəşəm səhnə proqramı ilə yadda qalacaq.

90deqiqe.Az-ın məlumatına görə,  80 min tamaşaçı tutumuna malik "Nyu-York–Nyu-Cersi" stadionunda keçiriləcək finalın fasiləsində dünya çempionatları tarixində ilk dəfə olaraq genişmiqyaslı musiqi şousu təşkil olunacaq.

Səhnə proqramının bədii rəhbəri məşhur musiqiçi Kris Martin olacaq. Şouda Castin Biber, Şakira, Burna Boy, BTS qrupu, Madonna və venesuelalı dirijor Qustavo Dudamel də çıxış edəcəklər.

FİFA bu tədbir vasitəsilə dünya üzrə uşaqların keyfiyyətli təhsil və futbol imkanlarına çıxışını dəstəkləmək məqsədilə 100 milyon ABŞ dolları toplamağı hədəfləyir.

Bununla yanaşı, fasilənin müddəti müzakirələrə səbəb olub. Qurum əvvəlcə səhnə proqramının 11 dəqiqə davam edəcəyini açıqlasa da, ümumi fasilənin 20 dəqiqəni keçəcəyi gözlənilir.

Xatırladaq ki, ötən il klublararası dünya çempionatının finalında da eyni stadionda təşkil olunan fasilə şousu təxminən 10 dəqiqə davam etmiş, ümumi fasilənin müddəti isə 24 dəqiqədən çox olmuşdu.

Bununla belə, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının qaydalarına əsasən, oyunun fasiləsi 15 dəqiqədən artıq olmamalıdır. Qaydalara görə, bu müddət yalnız baş hakimin icazəsi ilə dəyişdirilə bilər.







Dünya çempionatı

UEFA İnfantinoya qarşı namizəd hazırlayır
  • Dünya çempionatı
  • 23:09 27.08.2026
UEFA İnfantinoya qarşı namizəd hazırlayır
“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”