9 avqust 2026. Bazar günü

Fabian Ruiz finalda yubiley oyununa çıxıb


Fabian Ruiz finalda yubiley oyununa çıxıb

İspaniya millisinin yarımmüdafiəçisi Fabian Ruiz Argentina ilə keçiriləcək dünya çempionatının finalında milli komandanın heyətində 50-ci oyununa çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, 29 yaşlı futbolçu indiyədək İspaniya millisində keçirdiyi 49 qarşılaşmanın heç birində məğlubiyyət üzü görməyib. Bu müddətdə komanda 34 qələbə qazanıb, 15 görüş isə heç-heçə başa çatıb.

Hazırda İspaniya millisinin aktiv məğlubiyyətsizlik seriyası isə 38 oyundur.

Fabian Ruiz və komandasının bu təsirli seriyanı davam etdirib-etdirə bilməyəcəyi dünya çempionatının final qarşılaşmasında müəyyənləşəcək.

Qeyd edək ki, hazırda İspaniya - Argentina finalında hesab 0:0-dır







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər
"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"