20 iyul 2026. Bazar ertəsi

Messidən dünya çempionatı tarixində yeni rekord


Messidən dünya çempionatı tarixində yeni rekord

2026-cı il futbol üzrə dünya çempionatının finalında Argentina millisi İspaniya ilə üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. Oyun ehtiyatlı mübarizə şəraitində keçib və hər iki komanda az sayda təhlükəli epizod yaradıb.

Finala start verməklə Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatları tarixinə yeni rekord yazdırıb. 39 yaşlı futbolçu mundial finallarında meydana çıxan ən yaşlı meydan oyunçusu olub.

Buna qədər bu göstərici yalnız İtaliya millisinin sabiq qapıçısı Dino Zoffa məxsus idi. Messi isə meydan oyunçuları arasında bu rekordu yeniləyən ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Messi dünya çempionatları tarixində üç finalda meydana çıxan ikinci futbolçudur. Ondan əvvəl bu nailiyyətə yalnız Braziliya millisinin sabiq kapitanı Kafu imza atmışdı.







Dünya çempionatı

İspaniya dünya rekordu qırdı
  • Dünya çempionatı
  • 02:10 20.07.2026
İspaniya dünya rekordu qırdı
İspaniya dünya çempionu oldu
  • Dünya çempionatı
  • 02:06 20.07.2026
İspaniya dünya çempionu oldu
"Ən yaxşı formasına qayıdıb"
  • Dünya çempionatı
  • 23:39 19.07.2026
"Ən yaxşı formasına qayıdıb"
Fabian Ruiz finalda yubiley oyununa çıxıb
  • Dünya çempionatı
  • 23:12 19.07.2026
Fabian Ruiz finalda yubiley oyununa çıxıb
"Messiyə qarşı çıxmaq çətindir"
  • Dünya çempionatı
  • 23:03 19.07.2026
"Messiyə qarşı çıxmaq çətindir"