14 avqust 2026. Cümə

İspaniya dünya çempionu oldu


İspaniya dünya çempionu oldu

ABŞ-nin İst-Raterford şəhərində yerləşən "Metlayf" stadionunda keçirilən final qarşılaşmasında ispanlar son dünya çempionu Argentina millisini əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıblar.

90deqiqe.Az-ın məlumatına görə, oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Qarşılaşmanın 90+3-cü dəqiqəsində Argentina millisinin yarımmüdafiəçisi Enso Fernandes ikinci sarı vərəqəni alaraq meydandan qovulub və komandasını azlıqda qoyub.

Matçın taleyini əlavə vaxtın 106-cı dəqiqəsində Ferran Torres həll edib. Hücumçunun vurduğu qol İspaniyaya dünya çempionluğu qazandırıb.

Qeyd edək ki, İspaniya millisi yarımfinalda Fransanı 2:0 hesabı ilə məğlub etmişdi. Argentina isə finala gedən yolda İngiltərəni 2:1 hesabı ilə üstələmişdi.

Xatırladaq ki, əvvəlki dünya çempionu Argentina millisi idi. Cənubi Amerika təmsilçisi 2022-ci ilin finalında Fransanı penaltilər seriyasında məğlub edərək kuboka sahib çıxmışdı.







Dünya çempionatı