4 sentyabr 2026. Cümə

İspaniya dünya rekordu qırdı


İspaniya dünya rekordu qırdı

İspaniya millisi 2026-cı il futbol üzrə dünya çempionatının finalında Argentinanı 1:0 hesabı ilə məğlub edərək ikinci dəfə dünya çempionu olmaqla yanaşı, yeni dünya rekorduna da imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, Luis de la Fuente'nin rəhbərlik etdiyi komandanın qələbə qolunu əlavə vaxtın 106-cı dəqiqəsində Ferran Torres vurub.

Bu nəticə ilə İspaniya millisinin məğlubiyyətsiz oyunlar seriyası 38-ə yüksəlib. Bununla da ispanlar dünya futbolunda yeni rekord müəyyənləşdirərək İtaliya millisinin 37 oyunluq rekordunu geridə qoyublar.

İtaliya millisi 2018-2021-ci illər arasında 37 oyun məğlub olmamışdı. Həmin rekord uzun müddət dünya futbolunun ən yaxşı göstəricisi hesab edilirdi.

İspaniya millisinin hazırkı məğlubiyyətsiz seriyası 2024-cü ilin martında başlayıb. Komanda bu müddətdə əsas vaxtda 28 qələbə qazanıb, 10 görüş isə heç-heçə başa çatıb.

Qeyd edək ki, İspaniya millisini sonuncu dəfə 2024-cü ilin martında keçirilən yoldaşlıq görüşündə Kolumbiya 1:0 hesabı ilə məğlub etmişdi.







Dünya çempionatı

UEFA İnfantinoya qarşı namizəd hazırlayır
  • Dünya çempionatı
  • 23:09 27.08.2026
UEFA İnfantinoya qarşı namizəd hazırlayır