21 iyul 2026. Çərşənbə axşamı

"Messinin bu sözlərini karyeram boyu unutmayacağam"


"Messinin bu sözlərini karyeram boyu unutmayacağam"

İspaniya millisinin hücumçusu Lamin Yamal 2026-cı il dünya çempionatının finalında Argentinaya əlavə vaxtda 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təəssüratlarını bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, o, həmçinin final fitindən dərhal sonra Argentina yığmasının kapitanı Lionel Messi ilə aralarında keçən söhbətin təfərrüatlarını açıqlayıb.

"Bu, sadəcə, inanılmazdır. Bir neçə il əvvəl kimsə mənə desəydi ki, 19 yaşımda Lionel Messiyə qarşı keçirilən dünya çempionatının finalında qalib gələrək kuboku başım üzərinə qaldıracağam, buna əsla inanmazdım. Hazırda göz yaşlarımı saxlamağa çalışıram. Çünki bu, ömrüm boyu arzuladığım an idi.

Bu qələbə ailəm, doğulduğum RokaFonda məhəlləsi və turnir boyu bizi dəstəkləyən, çətin anlarda yanımızda olan bütün İspaniya xalqı üçündür.

Bu, sözün əsl mənasında, inanılmaz bir hekayədir. Dünyada bundan böyük hadisə ola bilməz. Mən hər zaman Messiyə heyran olmuşam. Final fiti səslənən kimi ilk növbədə ona hörmətimi ifadə etmək istədim. O, əlimi sıxdı və dedi ki, bu yolda davam etməliyəm. Çünki gələcək artıq bizim nəslindir.

Messinin bu sözlərini karyeram boyu unutmayacağam. Mənim üçün bu sözlərin dəyəri boynumdakı qızıl medal qədər əzizdir", – deyə Yamal matçdan sonra təşkil olunan mətbuat konfransında bildirib.







Dünya çempionatı

"Həmin qol karyeramda hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 22:58 20.07.2026
"Həmin qol karyeramda hər şeyi dəyişdi"
"Bu yaranın sağalması zaman alacaq"
  • Dünya çempionatı
  • 22:40 20.07.2026
"Bu yaranın sağalması zaman alacaq"
"Braziliya futbolu geridə qalır"
  • Dünya çempionatı
  • 22:37 20.07.2026
"Braziliya futbolu geridə qalır"