21 iyul 2026. Çərşənbə axşamı

"Braziliya futbolu geridə qalır"


"Braziliya futbolu geridə qalır"

Braziliya millisinin sabiq ulduzu Kaka 2026-cı il dünya çempionatından sonra ölkə futbolunun hazırkı vəziyyəti ilə bağlı narahatlığını ifadə edib.

90deqiqe.Az-ın məlumatına görə, "The Touchline" sabiq futbolçunun dediklərini belə çatdırıb.

"Biz geridə qalırıq. Növbəti dünya çempionatına dörd il vaxt var və bu müddətdə Braziliya futbolunun inkişaf layihəsinin yenidən qurulması barədə ciddi düşünməliyik.

Dünya çempionatı göstərdi ki, rəqiblərdən geri qalmışıq. Uzunmüddətli inkişaf proqramına ehtiyacımız var. Bu proqram aşağı yaş qruplarını da əhatə etməlidir. Braziliya futboluna xas oyun üslubunu və futbol fəlsəfəsini yenidən qaytarmağa çalışmalıyıq"

Qeyd edək ki, Braziliya millisi 2026-cı il dünya çempionatında 1/8 final mərhələsində Norveçə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Braziliyalılar sonuncu dəfə dünya çempionu adına 2002-ci ildə yiyələniblər.







Dünya çempionatı

"Həmin qol karyeramda hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 22:58 20.07.2026
"Həmin qol karyeramda hər şeyi dəyişdi"
"Bu yaranın sağalması zaman alacaq"
  • Dünya çempionatı
  • 22:40 20.07.2026
"Bu yaranın sağalması zaman alacaq"
"Braziliya futbolu geridə qalır"
  • Dünya çempionatı
  • 22:37 20.07.2026
"Braziliya futbolu geridə qalır"