21 iyul 2026. Çərşənbə axşamı

"Bu yaranın sağalması zaman alacaq"


"Bu yaranın sağalması zaman alacaq"

Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının finalında İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra sosial şəbəkə hesabında azarkeşlərə müraciət edib.

90deqiqe.Az xəbər verir ki, 39 yaşlı futbolçu komandasının göstərdiyi mübarizədən qürur duyduğunu bildirib.

"Təəssüf hissi çox böyükdür və bu yaranın sağalması zaman alacaq. Ancaq bu turnirdə yaşadığımız bütün gözəl anları da özümlə aparıram.

Son ana qədər mübarizə apararaq taleyini dəyişdirdiyimiz oyunlar, yaddaşlarda əbədi qalacaq anlar və bütün ölkənin bizə verdiyi dəstək heç vaxt unudulmayacaq. Bu komandanın zəhməti və fədakarlığı sayəsində Argentinanı yenidən dünyanın ən güclü yığmaları sırasına çıxarmağı bacardıq.

Bu gün əldə etdiklərimizin dəyərini görmək çətin ola bilər. Amma bu komanda ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəlməyi bacardı.

Mənə göndərdiyiniz hər bir təbrikə və dəstək mesajına görə ürəkdən təşəkkür edirəm. Bir daha ölkə olaraq birləşməyi, eyni qüruru yaşamağı və argentinalı olmağın fəxrini bölüşməyi bacardıq.

Həmçinin dünya çempionu olması münasibətilə İspaniya millisini təbrik edirəm", – deyə Messi paylaşımında qeyd edib.







Dünya çempionatı

"Həmin qol karyeramda hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 22:58 20.07.2026
"Həmin qol karyeramda hər şeyi dəyişdi"
"Bu yaranın sağalması zaman alacaq"
  • Dünya çempionatı
  • 22:40 20.07.2026
"Bu yaranın sağalması zaman alacaq"
"Braziliya futbolu geridə qalır"
  • Dünya çempionatı
  • 22:37 20.07.2026
"Braziliya futbolu geridə qalır"