21 iyul 2026. Çərşənbə axşamı

Belçika millisində baş məşqçi ilə yollar ayrıldı


Belçika millisində baş məşqçi ilə yollar ayrıldı

Belçika millisinin baş məşqçisi Rudi Qarsiya vəzifəsindən ayrılıb.

90deqiqe.Az xəbər verir ki, Belçika Futbol Federasiyası bununla bağlı rəsmi açıqlama yayıb.

Bildirilib ki, tərəflər arasında 31 iyul 2026-cı il tarixinədək qüvvədə olan müqavilənin müddəti uzadılmayacaq.

"Rudi Qarsiya 2025-ci il fevralın 1-də Domeniko Tedeskonu əvəz edərək Belçika millisinin baş məşqçisi təyin olunmuşdu. Tərəflər əməkdaşlığı davam etdirməmək barədə razılığa gəliblər", - deyə federasiyanın açıqlamasında qeyd olunub.

Xatırladaq ki, Belçika millisi 2026-cı il dünya çempionatının dörddəbir final mərhələsində İspaniyaya 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmışdı.







Dünya çempionatı

"Həmin qol karyeramda hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 22:58 20.07.2026
"Həmin qol karyeramda hər şeyi dəyişdi"
"Bu yaranın sağalması zaman alacaq"
  • Dünya çempionatı
  • 22:40 20.07.2026
"Bu yaranın sağalması zaman alacaq"
"Braziliya futbolu geridə qalır"
  • Dünya çempionatı
  • 22:37 20.07.2026
"Braziliya futbolu geridə qalır"