13 avqust 2026. Cümə axşamı

"Həmin qol karyeramda hər şeyi dəyişdi"


"Həmin qol karyeramda hər şeyi dəyişdi"

Almaniya millisinin sabiq hücumçusu Mario Qötse 2014-cü il dünya çempionatının finalında Argentina yığmasının qapısına vurduğu həlledici qolu xatırlayıb.

90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, 34 yaşlı futbolçu həmin qolun karyerasında dönüş nöqtəsi olduğunu bildirib.

"Həmin qol həyatımda hər şeyi dəyişdi. Ancaq dünya çempionatı mənim üçün asan keçmədi. İlk oyunlardan sonra ehtiyat oyunçular skamyasında oturmağa başladım. Bəli, sonda dünya çempionu olduq, amma bu uğura aparan yol həm komanda, həm də şəxsən mənim üçün çox çətin idi", - deyə Götse bildirib.

Qeyd edək ki, Almaniya millisi 2014-cü ildə tarixində dördüncü dəfə dünya çempionu olub. Almanlar bundan əvvəl 1954, 1974 və 1990-cı illərdə də dünya çempionatının qalibi adını qazanıblar.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı