- Dünya çempionatı
- 23:55 20.07.2026
ABŞ Prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının yekunları ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
90deqiqe.Az-ın məlumatına görə, o, turnirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, yarışın keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
"Dünya çempionatı böyük uğurla başa çatdı. Bu möhtəşəm turnirin təşkilində əməyi olan hər kəsə, xüsusilə də hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edirəm. Onların peşəkarlığı, ölkəmizə sevgisi və hər kəsin onlara bəslədiyi hörmət sayəsində bu dünya çempionatı tarixdə ən təhlükəsiz və ən möhtəşəm yarış oldu.
Həmçinin ABŞ hökumətində dünya çempionatı üzrə işçi qrupuna rəhbərlik edən Endryu Culianiyə və FİFA prezidenti Canni İnfantinoya gördükləri möhtəşəm işə görə minnətdarlığımı bildirirəm. İnfantino dünya çempionatını heç kimin mümkün hesab etmədiyi səviyyəyə yüksəltməyi bacardı. Hamını təbrik edirəm", - deyə Tramp qeyd edib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilib. Turnirdə 48 milli komanda iştirak edib. Yarışın qalibi isə İspaniya millisi olub.