4 sentyabr 2026. Cümə

KONMEBOL prezidenti DÇ-2030-da 64 komandanın iştirakını istəyir


KONMEBOL prezidenti DÇ-2030-da 64 komandanın iştirakını istəyir

Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) prezidenti Alexandro Dominges 2030-cu il dünya çempionatında 64 yığmanın iştirak etməsini arzuladığını bildirib.

90deqiqe.Az-ın məlumatına görə, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"Növbəti dünya çempionatı futbolun vətənində keçiriləcək. 2030-cu il dünya çempionatı Uruqvay, Argentina və Paraqvay üçün xüsusi əhəmiyyət daşıyır. Turnirin 100 illiyinin 64 komandanın iştirakı ilə qeyd olunması futbol üçün möhtəşəm hadisə olar", - deyə Dominges vurğulayıb.

Qeyd edək ki, 2030-cu il dünya çempionatı tarixdə ilk dəfə altı ölkədə təşkil olunacaq. Turnirin 100 illiyi münasibətilə açılış oyunları Argentina, Uruqvay və Paraqvayda keçiriləcək. Yarışın əsas hissəsinə isə İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək.

Xatırladaq ki, 2026-cı il dünya çempionatında 48 milli komanda mübarizə aparıb. Hazırkı dünya çempionu isə İspaniya millisidir.







Dünya çempionatı

UEFA İnfantinoya qarşı namizəd hazırlayır
  • Dünya çempionatı
  • 23:09 27.08.2026
UEFA İnfantinoya qarşı namizəd hazırlayır